2022-ci ilin yanvar-avqust aylarında Azərbaycanda istismara verilən yaşayış evlərinin ümumi sahəsi 1 milyon 41,1 min kvadratmetr təşkil edib ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 22,1% azdır.
Eləcə də bax: Bakıda bu mənzillər - BAHALAŞIB
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bu dövrdə yaşayış evlərinin tikintisinə kapital qoyuluşları 518,7 milyon manat (azalma 17,6%) təşkil edib.
2021-ci ildə Azərbaycanda istismara verilən yaşayış evlərinin ümumi sahəsi 1 milyon 988,9 min kvadratmetr təşkil edib ki, bu da 2020-ci ilin göstəricisindən 61,9% azdır. 2021-ci il ərzində yaşayış evlərinin tikintisinə kapital qoyuluşları 1 milyard 29,5 milyon manat (azalma 27,8%) təşkil edib. (İnterfaks-Azərbaycan)