Dubayda iki ay ərzində 3D çap texnologiyası ilə ilk villalar inşa ediləcək. Bu barədə “Arabian Business” nəşri məlumat yayıb.
FED.az xəbər verir ki, Dubay bələdiyyəsindən verilən məlumata görə, bu tipli villaların inşası üçün bütün lazımi avadanlıqlar artıq əmirliyə gətirilib.
Qeyd olunub ki, əmirlikdə 2030-cu il üçün yeni binaların 25 faizi bu cür müasir texnologiyalar vasitəsilə tikiləcək. Bu da, öz növbəsində, inşaata sərf olunan vəsaiti azaldacaq və tikinti müddətini qısaldacaq.