Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu (MKSİF) Bakının Pirallahı rayonunda məcburi köçkünlər üçün yaşayış binalarının, ümumtəhsil məktəbinin tikintisi və zəruri infrastrukturun yaradılması haqqında 23 mln. 482,736 min manat dəyərində 4 müqavilə imzalayıb.
FED.az xəbər verir ki, müqavilələrdə 72 və 162 mənzildən ibarət 3 doqquz mərtəbəli yaşayış binasının, eləcə də 220 şagird yerlik ümumtəhsil məktəbinin tikintisi nəzərdə tutulur.
Ən iri müqavilə «As İnşaat-N» şirkəti ilə imzalanıb. Müqavilədə 162 və 72 mənzildən ibarət 2 doqquz mərtəbəli yaşayış binasının tikintisi nəzərdə tutulur. Müqavilənin dəyəri 14 mln. 16,223 min manatdır.
«Diadem» şirkəti ilə 72 mənzildən ibarət 9 mərtəbəli yaşayış binasının və 220 şagird yerlik məktəbin tikintisi haqqında 6 mln. 405, 474 min manat dəyərində müqavilə imzalanıb.
Bundan başqa, rayonda yol infrastrukturunun tikintisi, abadlıq işləri və sosial-texniki infrastrukturun mühəndis hazırlığı «R-Servis ltd" və «Azəraqrartikinti» şirkətləri tərəfindən həyata keçiriləcək. “R-Servis ltd” şirkəti ilə 728,945 min manat, “Azəraqrartikinti” şirkəti ilə 2 mln. 332, 094 min manat dəyərində müqavilə bağlanıb.
İnterfax-Azərbaycan