Üç mənzil tikinti kooperativi (MTK) nizamnamə kapitalının azaldıldığını elan edib.
Eləcə də bax: Ekspert: Ukraynadakı vəziyyət tikinti materiallarının bahalaşmasına - Səbəb Ola Bilər
FED.az xəbər verir ki, “Biləcəri Bazalt” MTK nizamnamə kapitalının azaldılaraq 664 min 400 manat məbləğində,"Kürdaxanı Village" MTK nizamnamə kapitalının azaldılaraq 3 milyon 856 min 504 manat məbləğində, “Novxanı Parkı” MTK nizamnamə kapitalının azaldılaraq 4 milyon 800 min 500 manat məbləğində müəyyən edildiyini elan edib.
“Biləcəri Bazalt” MTK-nın nizamnamə kapitalı 2 milyon 547 min 600 manat idi. Digər MTK-ların nizamnamə kapitalının əvvəlki səviyyələri haqqında məlumat əldə etmək mümkün olmayıb. (Marja)