İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) agent bankları tərəfindən 2006-2018-ci illərdə 21 751 min ipoteka krediti verilib.
Fondun saytında dərc edilmiş məlumata görə, indiyədək İKZF-nin xətti ilə 979 milyon 375,6 min manat məbləğində ipoteka krediti verilib.
Son 3 həftə ərzində fondun agent bankları tərəfindən 14 milyon 823,032 min manat məbləğində kredit verilib.
Prezident İlham Əliyev 2017-ci il dekabrın 26-da “Azərbaycan İpoteka Fondu” ASC-nin ləğv edilməsi və İpoteka və Kredit Zəmanət Fondunun yaradılması haqqında fərman imzalayıb.
Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 150 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir. İlkin ödəniş 15-25% təşkil edir.
Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimal məbləği 100 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dən çox deyil. Müddəti 30 ilə qədərdir. İlkin ödəniş 10% təşkil edir.