Azərbaycanda dövlət xətti ilə ilk 3 ayda verilən ipoteka kreditlərinin məbləği açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı İpoteka və Kredit Zəmanət Fonduna istinadən xəbər verir ki, 2026-cı ilin yanvar-mart aylarında Fondun vəsaiti hesabına müvəkkil banklar tərəfindən 29,9 milyon manat məbləğində 353 ipoteka krediti verilib.
Ayrılmış ipoteka kreditlərindən 12,2 milyon manat məbləğində 115 adi ipoteka krediti və 17,7 milyon manat məbləğində 238 güzəştli ipoteka kreditidir.
Başqa sözlə güzəştli ipoteka kreditinin orta məbləği 106 min manat, adi ipoteka kreditinin orta məbləği isə 74 min manat olub.
Ümumilikdə, 2006-cı ildə ölkədə dövlət ipotekası başlayandan indiyədək Fondun vəsaiti hesabına 3,8 milyard manat məbləğində ipoteka krediti verilib. Bu da 57 mindən çox ailənin mənzil şəraitinin yaxşılaşmasına imkan verib.
Şəxsi yığımları yetərli olmayan əhalinin daha aşağı ilkin ödənişlə ipoteka kreditlərindən faydalanmasını təmin etmək məqsədilə 01 aprel 2026-cı il tarixinə Fond tərəfindən 140,8 milyon manat məbləğində 1497 ipoteka krediti üzrə zəmanət verilib.
Qeyd edək ki, Fondun vəsaiti hesabına verilən ipoteka kreditlərindən faydalananların 67 faizini gənclər və gənc ailələr təşkil edib, kreditlərin 22 faizə yaxını isə regionların payına düşüb.













