Azərbaycanda 2026-cı il üzrə ipoteka kreditləşməsi üçün limitlər ayrılıb.
Azərbaycanda ötən ay 228 ailə dövlətdən kirayəyə mənzil götürüb
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə İpoteka və Kredit Zəmanət Fondu məlumat yayıb: «İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2026-cı il ərzində ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara ipoteka kreditlərinin, o cümlədən güzəştli ipoteka kreditlərinin verilməsi üçün limitlər ayrılır».
Paralel olaraq ipoteka krediti götürmək üçün vətəndaşların müraciətləri də açıqlanıb. Vətəndaşlardan müraciətlərin qəbuluna aşağıdakı tarixlərdən başlanılacaq:
ADİ ipoteka kreditləri üzrə: 05.03.2026-cı il tarixində saat 11:00-dan etibarən.
GÜZƏŞTLİ ipoteka kreditləri üzrə: 06.03.2026-ci il tarixində saat 11:00-dan etibarən.
Müraciətlərin qəbulu “Elektron ipoteka və kredit zəmanət” sistemi (www.e-gov.az) üzərindən elekton imza vasitələri (SİMA Token (Elektron İmza), SİMA Rəqəmsal, Asan İmza) ilə həyata keçiriləcəkdir.
Bununla əlaqədar olaraq, vətəndaşlara 04.03.2026-cı il tarixinədək elektron kabinetlərin formalaşdırılması tövsiyə edilir.
Xatırladaq ki, www.bilikli.netİpoteka kreditinin alınması üçün müraciətə dair istifadəçi təlimatı Fondun rəsmi internet səhifəsində (www.mcgf.gov.az/storage/Talimat.pdf), həmçinin “Elektron hökumət” portalının və “mygov” platformasının müvafiq bölmələrində yerləşdirilmişdir.











