2024-cü ildə İpoteka və Kredit Zəmanət Fondu (Fond) tərəfindən satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmi çərçivəsində ümumilikdə 1871 kirayə müqaviləsi rəsmiləşdirilib ki, bu da 2023-cü ilin analoji göstəricisi ilə müqayisədə 30,9% çoxdur.
Daha 296 kirayə mənzil satışa çıxarılıb - 448 manatdan başlayır - SİYAHI
Bu barədə FED.az-a Fonddan bildirilib. Bildirilib ki, ümumilikdə indiyədək mexanizm vasitəsilə 6257 ailə özünün yaşayış şəraitini yaxşılaşdırıb ki, onların da 60%-dən çoxunu gənclər və gənc ailələr təşkil edir.
Qeyd edək ki, indiyədək satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Fond tərəfindən vətəndaşlara 14 ünvanda mənzillər təqdim edilib. Onlardan 6-sı Bakı şəhərində, 3-ü Xırdalan şəhərində, 3-ü Abşeron rayonunun Masazır, Saray və Məmmədli qəsəbələrində, daha 2-si isə Sumqayıt şəhərində yerləşir.