2022-ci ilin IV rübündə Azərbaycanda mənzil bazarında qiymətlərin indeksi 2021-ci ilin analoji dövrü ilə müqayisədə 8% artıb. Bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Zəlzələnin Bakıda mənzil bazarına təsiri - QİYMƏTLƏR UCUZLAŞACAQMI? - EKSPERTDƏN AÇIQLAMA
“Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ilin dördüncü rübündə mənzil bazarında qiymətlərin indeksi ötən ilin analoji dövrü ilə müqayisədə 8% artıb”, - AMB-nin 2022-ci il ərzində pul siyasəti icmalında qeyd olunur.
AMB-dən bildirilir ki, dördüncü rübdə ilkin mənzil bazarında qiymətlərin indeksi 7,2%, təkrar bazarda – 8% artıb. (İnterfaks-Azərbaycan)