"022-ci ilin əvvəlindən Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi PHŞ (MİDA)dövlət büdcəsindən 70 milyon manat alıb.
Eləcə də bax: Mənzil İnşaatı Dövlət Agentliyinin mənfəəti - KƏSKİN AZALIB
“Bu vəsait çoxmərtəbəli yaşayış evləri və zəruri infrastrukturun tikintisinə yönəldiləcək”, - bu barədə MİDA-nın 2021-ci il ərzində maliyyə hesabatında qeyd olunur.
Hesabata əsasən, 2021-ci ildə dövlət büdcəsindən MİDA-ya dövlət büdcəsindən 140,15 milyon manat alıb (2020-ci ildə - 168 milyon manat).
Mənzil İnşaatı Dövlət Agentliyi Prezident İlham Əliyevin 11 aprel 2016-cı il tarixli Fərmanı ilə yaradılıb. Agentliyin yaradılmasında əsas məqsəd Azərbaycan Respublikası vətəndaşlarının yaşayış sahələrinə olan ehtiyacını ödəmək, onların mənzil-məişət şəraitini yaxşılaşdırmaq, müasir memarlıq üslubunda ekoloji və enerji səmərəliliyi tələblərinə cavab verən çoxmənzilli binaların tikilməsini təmin etmək, habelə bununla bağlı şəhərsalma və tikinti sahələrində dövlət idarəetməsini təkmilləşdirməkdir. (İnterfaks-Azərbaycan)