2022-ci ildə Azərbaycanda 1 milyard 85,7 milyon manat ($638,8 milyon) məbləğində tikinti materialları istehsal edilib ki, bu da 2021-ci illə müqayisədə 12,6% çoxdur.
Azərbaycanda tikinti materialları ucuzlaşıb - SƏBƏB NƏDİR?
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat ilində respublikada 3 milyon 558,1 min ton sement (artım 3,5%) istehsal edilib.
42,6 min ton (artım 15,4%) tikinti gipsi, 85,4 min ton (azalma 4%) sement, süni daş və ya betondan tikinti blokları və kərpicləri, 3 milyon 474,8 min ton (azalma 6,4%) hazır beton qarışığı, 46,2 min ton (artım 29,4%) tikinti əhəngi, 47,5 min kubmetr (artım 1,1%) betondan yığma tikinti konstruksiyaları, 217,5 min ton (artım 4,6%) asfalt, 595,8 min kubmetr (azalma 31,8%) tikinti kərpici, 35 milyon 823,2 min ton (azalma 12,4%) emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatlar istehsal edilib.
Hazırda Azərbaycan hökuməti Qarabağda və Şərqi Zəngəzurda irimiqyaslı bərpa layihələri həyata keçirir. Bu işlər tikinti materiallarının istehsal həcminin artmasına təkan verir. (İnterfaks-Azərbaycan)