Hərbçilərin müraciətlərinə daha diqqətlə yanaşmalıyıq.
Azərbaycanda bu şəxslərə yeni mənzillər veriləcək - 1,2 MİLYONLUQ LAYİHƏ
FED.az xəbər verir ki, bunu Milli Məclisin yaz sessiyasının ilk iclasında parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.
Deputat bildirib ki, Daxili Qoşunlar, Dövlət Sərhəd Xidmətinin hərbçilərinə 20 il qüsursuz xidmət etsələr də mənzil verilmir, ancaq Azərbaycan Ordusunda xidmət keçənlərə bu mənzillər verilir: “Bizə DSX və Daxili Qoşunların hərbçiləri bununla bağlı müraciət edir. Milli Məclisin qanunvericilik işlər planında 3 mühüm qanun layihəsi təqdim olunacaq. Bunlardan biri də “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsidir. Bu qanun layihəsi hazırlanarkən həm də “Silahlı Qüvvələr haqqında” qanuna və Hərbi xidmətkeçmə haqqında Əsasnaməyə diqqət yetirilməlidir. Qanunlara dəyişiklik edəndə anlaşmazlıqlar olmasın deyə, biz onlarla müqavilə imzalamalıyıq. Yəni hərbçi hərb peşəsini seçəndə bilməlidir ki, o, 20 xidmətdən sonra ona mənzil veriləcək, həyatını itirsə, ailəsi hansı sığorta pulunu alacaq, əməkhaqqısı necə indeksləşdiriləcək. Ona görə onlarla əmək müqaviləsinin bağlanması məsələsini qanunvericiliyə gətirsək, bu məsələlər öz həllini tapar”.
Deputat bildirib ki, real həyatda qanunların icrasına nəzarət mexanizmi yoxdur: “Bizim Daxili Nizamnamənin 39-cu maddəsinə görə bizə dövlət sirri təşkil edən məlumatlar göndərilmir. Bəs biz büdcə xərclərinin icrasına necə nəzarət edə bilərik?! Dövlət idarəetməsinə şəffaflığın artırılması üçün yeni qanunu qəbul etməliyik, deputatlara bu səlahiyyət verilsin. Silahların alınmasına nə qədər pul xərclənir və s kimi məlumatlar bizə verilmir”. (Apa)