"Bakıda tikilməkdə olan çoxmənzilli yaşayış binalarında müqaviləsiz işçi çalışdıran şirkətlər, hüquqi və fiziki şəxslərlə bağlı 17 material Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, 18 material isə Baş Prokurorluğa göndərilib".
FED.az x'b'r verir ki, bunu "Tikinti sahəsində əmək münasibətləri" mövzusunda keçirilən təqdimatda "ASAN xidmət"in Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi şöbəsinin müdiri Fariz Cəfərov bildirib. Onun sözlərinə görə, Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması məqsədi ilə 2017-ci ilin sentyabrından bu günə kimi tikilməkdə olan çoxmənzilli yaşayış binalarında 43 səyyar monitorinq keçirib.
F. Cəfərov qeyd edib ki, son zamanlar əmək müqavilələrinin imzalanmasında müsbət dinamika müşahidə edilir: "10 ayda Bakıda çoxmənzilli yaşayış binalarının tikintisi ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən 33 min müqavilə imzalanaraq əmək müqavilələrinin elektron bildiriş sistemində qeydiyyata alınıb".