25 il bundan əvvəl mənzil növbəsinə yazılan100-dən artıq ailədən 80-i mənzillə təmin olunub.
FED.az xəbər verir ki, xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə deyib.
Onun sözlərinə görə, bu işlər davam etməkdədir: "Son 3-4 ildə məhkəmələrə Akademiyanın mənzillərlə əlaqəli düzgün mövqeyini isbat etmişik. Əvvəlki illərdə növbədə duranlarla bağlı hərc-mərclik var idi. 2010-2011-ci illərdə Akademiyaya aid olmayan, çalışmayan insanlar növbəyə yazılmışdı. Onlardan qurtulmaq üçün bizim səylərimiz lazım idi. Bu günə qədər də o istiqamətdə addımlayırıq".
O əlavə edib ki, Saray qəsəbəsində "Science City" tikilir: "Orada kvadratmetri 450 manata olan mənzillərin alınması üçün 800 alim yazılıb. Onlardan 150 nəfəri artıq pulunu ödəyib. Biz ipotekanı gözləyirik. O olan kimi pul verənləri sayı 500-ü keçəcək".
Eləcə də bax: «Novostroyka»dan ev alanlar bu qərardan xəbərsizdir – QİYMƏT FƏRQLİ HESABLANMALIDIR