Fövqəladə Hallar Nazirliyi (FHN) Prezident İlham Əliyevin imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 2019-cu il 19 fevral tarixli 529 nömrəli Fərmanının icrası ilə əlaqədar açıqlama yayıb.
Eləcə də bax: Bakı «novostroyka»larında xidmət haqqının yeni üsulla - ÖDƏNİŞİ BAŞLANIB
Nazirlikdən FED.az-a bildirilib ki, görülmüş tədbirlər nəticəsində ötən 5 ay ərzində ümumi sahəsi 1.928.897 kvadratmetr olan 19551 mənzilli, ümumilikdə 317 girişli 116 binaya (kompleksə) dair müsbət rəy verilib. 114-ü Bakı şəhəri, 1-i Abşeron rayonu, 1-i isə Gəncə şəhərində yerləşən bu binalara dair sənədlər komplektləşdirilərək, müvafiq qaydada onların istismara hazır olması barədə tərtib edilmiş rəy aidiyyəti üzrə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Abşeron Rayon və Gəncə Şəhər İcra hakimiyyətlərinə təqdim olunub.
Eləcə də bax: Bina tikənlərin qarşısında yeni tələb qoyuldu - ONLAR BUNA SEVİNMƏYƏCƏKLƏR
Aparılmış müayinələr nəticəsində aşkar edilən çatışmazlıqların aradan qaldırılması üzrə işlərin Fərmanla müəyyən olunmuş vaxtda başa çatdırılmasının təmin edilməsi, bu istiqamətdə qarşıya çıxan məsələlərin operativ həlli üçün birgə fikir mübadiləsinin aparılması məqsədilə cari il iyulun 1-də, 5-də və 12-də FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin binasında müvafiq xidmətlərin rəhbər şəxslərinin iştirakı ilə çoxmənzilli yaşayış binalarının nümayəndələri ilə növbəti görüşlər keçirilib. Bu görüşlər zamanı 110 binanın təmsilçisi qəbul edilib, hər bir bina üzrə mövcud vəziyyət təhlil edilib, nöqsanların aradan qaldırılması məqsədilə görüləcək işlər və müvafiq xidmətlər tərəfindən köməyin göstərilməsi imkanları nəzərdən keçirilib. Bu formatda görüşlərin keçirilməsi müsbət qiymətləndirilərək belə tədbirlərin davam etdirilməsi qərara alınıb.
Eləcə də bax: Bakıda tikintilər niyə dayanıb? - SƏBƏBLƏR, İZAHAT, VİDEO
Fərmandan irəli gələn məsələlərin icrası davam etdirilir və görülən işlər ölkə başçısının nəzarəti altındadır.
110 binada nöqsanlar tapılıb - FHN-DƏN AÇIQLAMA
14:42
24 İyul 2019