Bu ilin yanvar-oktyabr aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 415,8 milyon manat kredit verilib.
Əmlak bazarına təsir edən qərar: Çıxarışı olan evlər bahalaşacaq - VİDEO
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17,2 % çoxdur.
Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 23,8 % artaraq 396,4 milyon manat olub.
İl ərzində İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsaitin məbləği 16,4 % artaraq 320 milyon manata çatıb, Fonda dövlət büdcəsindən ayrılmış vəsaitin məbləği isə 8 % azalaraq 87,6 milyon manata düşüb. (Report)