Facebook sosial şəbəkəsinin qurucusu Mark Zuckerberg və həyat yoldaşı Priscilla Chan davam edən koronavirus epidemiyası ilə əlaqədar 2020-ci ilin noyabrında keçiriləcək ABŞ prezident seçkilərinin təhlükəsizliyini təmin etmək üçün iki ştata 300 milyon dollar göndəriblər.
Eləcə də bax: İlon Mask Mark Zukerberqi - Geridə Qoydu
FED.az xəbər verir ki, seçki zabitlərini işə götürmək və onlara təlim keçmək və lazımi avadanlıqları almaq üçün Tech and Civic Life Mərkəzinə 250 milyon dollar, daha 50 milyon dollar isə Seçki İnnovasiyası və Tədqiqat Mərkəzinə köçürülüb.
Zuckerberg. bildirib ki, COVID-19 epidemiyası səbəbindən bu il ölkəmizdəki seçki infrastrukturunun bir çox problemlə üzləşməsindən narahatam. Görülməmiş səviyyədə poçt qaydasında səsvermə olacaq. Seçki məntəqəsi işçilərinə və təmassız səs verməyi təmin edən avadanlıqlara ehtiyac da artıb. (Fins)