Koronavirusu epidemiyasından sonra karantin tətbiqləri və evdən iş sistemi video konfrans tətbiqetmələrinə tələbin artmasına səbəb oldu. Bu sahədə ən çox seçilən proqramlardan biri olan “Zoom”un böyüməsi digər şirkətləri də hərəkətə gətirib. Belə ki, “Facebook” sosial şəbəkəsi “Messenger Rooms” proqramını işə salıb.
FED.az xəbər verir ki, yeni tətbiq sayəsində vaxt məhdudiyyəti olmadan “Messenger Rooms” vasitəsilə 50 nəfərə video zəng etmək mümkündür.
“Zoom”un ən böyük yeniliklərindən biri istifadəçi hesabı yaratması üçün narahat etməməsi idi. İllərdir bu sahədə ən çox istifadə edilən tətbiqlərdən biri olan “Skype”, rəqibinin bu uğurundan sonra hesab yaratmadan istifadə etmək imkanı yaratmağa başladı. Artıq “Messenger Rooms” proqramı üçün “Facebook” hesabınızın olması lazım olmayacaq. Tətbiq dünəndən etibarən bəzi ölkələrdə istifadəyə verilsə də, gələn həftədən etibarən bütün dünyada satışa çıxarılacaq.
“Facebook Messenger”in vitse-prezidenti Stan Çudnovski bildirib ki, insanlar bu dövrdə hər zamankindən daha çox “WhatsApp” və “Messenger”ə müraciət edirlər: “Səs və video zənglərdə 700 milyondan çox hesab iştirak edir. Bu istiqamətdə keçən ilə nisbətən ikiqat artım var. Əslində video söhbətlərin sayının 10 dəfədən çox artdığı yerlər var ”.
“Facebook” bildirir ki, “Messenger Rooms”da olan söhbətlər heç vaxt yazılmayacaq və dinlənilməyəcək. Əslində, “Messenger Rooms” yeni bir tətbiq deyil, 4 il əvvəl pilot ölkə olaraq Avstraliya və Kanadada sınaqdan keçirilib. Ancaq o vaxt “Messenger Rooms” proqramı ilə video zəng etmək mümkün olmayıb.