“Mastercard” tərəfindən verilən açıqlamaya görə, Harvard Universiteti alimlərinin “Mastercard” məlumatlarını istifadə edərək apardıqları araşdırma, işgüzar səyahətlər və məlumat ötürülmələri iqtisadiyyatın böyüməsinə təsir edir.
Eləcə də bax: "TikTok" yeniyetmə və gəncləri milyonçuya necə çevirir?
FED.az xəbər verir ki, COVİD-19 epidemiyasından xeyli əvvəl başlayan tədqiqatın əsası, işgüzar səyahətlərdəki böyümənin dünyadakı ümumi iqtisadi artımdan çox olması idi.
Dünyanın aparıcı elmi nəşrlərindən biri olan “Nature Human Behavior”dakı araşdırmanın nəticələrinə görə, iş səyahətlərinin ləğvi dünya iqtisadiyyatına əhəmiyyətli dərəcədə təsir göstərib.
Araşdırmaya görə, ölkələr arasındakı işgüzar səyahətlər edən və səyahət edilən ölkələrin iqtisadiyyatları arasında birbaşa əlaqə var, bu səyahətlər ölkələrin mövcud və yeni sektorlarına təsir edir.
"Mastercard Center for Inclusive Growth" tərəfindən anonim olaraq təqdim edilən kommersiya kredit və debet kartlarından istifadənin nəticələrinə görə, Almaniyadan işgüzar səfərlər tamamilə ləğv edilərsə, dünya iqtisadiyyatı 4,82 faiz azalar.
Bu nisbətlə dünya iqtisadiyyatına ən çox təsir edən ölkə olan Almaniyanı 1.83 % ilə Kanada, 1.02 % ilə ABŞ izləyir. İngiltərə və Cənubi Koreya da işgüzar səyahətlərin dünya iqtisadiyyatına təsiri baxımından ilk 5 ölkə arasındadır.
Türkiyədən xaricə edilən iş səfərlərinin ləğvi isə dünya iqtisadiyyatında 0,06 % kiçilməyə səbəb olar. Türkiyə iş səyahətlərinin qlobal iqtisadiyyata olan təsirinə görə 88 ölkədən 22-ci sırada yer alır.
Türkiyədən xaricə iş səfərlərinin dayandırılması, bir çox ölkəyə mənfi təsir edir
“Harvard Growth Center”in araşdırması çərçivəsində yaradılan interaktiv vizual xəritə ölkələrdən digər ölkələrə işgüzar səfərlər dayandıqda təsirləri göstərir.
Bu xəritəyə görə, məsələn, əksər alman iş adamları səyahət etməzlərsə Avstriya, Cənubi Afrika, İsveçrə, Nigeriya, Türkiyə və Çex Respublikası bundan təsirlənəcək və üstəlik qlobal ÜDM-in 4,8% düşəcəyi təxmin edilir.
Türkiyə xaricə iş səyahətlərini dayandırarsa bundan ən çox təsirlənən beş ölkə sıra ilə İraq, Azərbaycan, Gürcüstan, Albaniya və Pakistan olar. Həmçinin az miqdarda Belarusiyadan Moldovaya, Cənubi Amerika ölkələrindən Avstraliyaya qədər bir çox ölkəyə mənfi təsir göstərər.
"İş səyahətinin dayandırılması qlobal ÜDM-də ciddi itkiyə səbəb olar"
“Harvard Growth Lab”in inkişaf konsepsiyası yanaşmasında "know-haw"un əhəmiyyətinə xüsusi vurğu edilir.
Kitablarda, kompüter sənədlərində, qrafika və alqoritmlərdə olan məlumatlardan və kodlaşdırılmış məlumatlardan fərqli olaraq, yalnız beyinlərdə olan "know-how", uzun illərin təcrübəsi ilə beyindən beyinə çox yavaş hərəkət edir.
Yəni ki, "know-how" sürətlə hərəkət etmək üçün beyinləri hərəkət etdirmək lazımdır.
Elə bu səbəbdən də, bu gün e-mail, Skype, FaceTime və Zoom kimi tətbiqetmələrlə terabayt məlumat demək olar ki, səs sürəti ilə bir yerdən digərinə göndərilərək vaxta qənaət etmək mümkünkən, şirkətlər göndərdikləri “beyin”lərin vaxtını, iş biletləri və işgüzar səfərlərdə otel haqları kimi xərcləri çəkməyə hazırdırlar.
Tədqiqat nəticələrinə görə, işgüzar səyahətə çəkilən xərclər qlobal ÜDM-dən çox daha sürətli artır. Bu baxımdan araşdırma COVİD-19 ilə mübarizə üçün tətbiq olunan beynəlxalq səyahət məhdudiyyətlərinin iqtisadi nəticələri ilə bağlı yeni problemlərdən xəbər verir.
Açıqlamada fikirlərinə yer verilən “Harvard Growth” Laboratoriyasının direktoru Rikardo Hausmann "Skype, FaceTime və e-poçt kimi alternativlərin geniş yayılmasına baxmayaraq, iş səyahətinin dünya ÜDM-dən daha sürətli böyüməsi bizi təəccübləndirdi. Tədqiqatımıza görə, iş səyahətləri vasitəsilə beyinlərdəki məlumatları ötürmək dünyaya böyük fayda gətirir. İş səyahətlərinin qalıcı olaraq dayandırılması, qlobal ÜDM-də ciddi itkiyə gətirib çıxaracaq" deyə bildirib.