AMEA-nın Yüksək Texnologiyalar Parkına (YTP) daha bir inkubator-rezident qəbul olunub. FED.az xəbər verir ki, “Troniq” MMC ən müasir standartlar əsasında robototexnikaların hazırlanması və onların suni intellekt sistemləri inteqrasiyasının təmin edilməsi həyata keçirir.
Qablaşdırma məhsulları istehsalı müəssisəsi inşa ediləcək - 7 MİLYON MANATLIQ LAYİHƏ
Şirkətin həyata keçirdiyi layihələr arasında interaktiv mobil xidmət robotu “Kiki”, mühafizə xidmətlərinə və mülk sahiblərinə anında məlumat vermək imkanına malik “Pignus” sistemi, istənilən növ müəssisədə və ya mühitdə yoluxucu xəstəliklərin, virusların və mikrobların yayılmasının qarşısını almaq üçün hazırlanmış “Seit-uv” robotu, LED lampaların istehsalı və s. qeyd etmək olar.
“Troniq” MMC texnoloji məhsulları sınaqdan keçirtmək üçün bünövrənin müasirləşdirilməsinin tam və kompleks yanaşmasını təklif edir. Bütün avadanlıqlar və proqram təminatları keyfiyyət və təhlükəsizlik üzrə kompleks sınaqlardan keçirilir.