“Youtube” koronavirus ilə əlaqəli reklamlardan pul qazanmağı dayandırıb.
Eləcə də bax: “Facebook” tibbi maskaların reklamına - QADAĞA QOYUB
FED.az xəbər verir ki, koronavirus haqqında əsasız məlumat verən videoların yayıldığı üçün koronovirus ilə bağlı çəkilən videolardan reklam gəliri əldə edilməsini qadağan edib. Yəni koronovirus haqqında videoların əsaslı və ya əsassız olmasından asılı olmayaraq bu videoları “Youtube”da yayımlayan şəxslər pul qazana bilməyəcək.
“Youtube”un reklam yayım rəhbəri bir insanın həyatını itirməsi kimi faciəvi hadisələrin reklam üçün uyğun hesab etmədiyini bildirib.
Şirkətin məhsul meneceri Tom Leung, "Koronavirus həssas bir mövzudur. Virusla əlaqəli videolar növbəti açıqlamaya qədər məzmun istehsalçıları üçün pul qazandırmayacaq" deyib.
Bəzi məzmun istehsalçıları videolarında «corona virus» sözünü istifadə etmədən virus haqqında video hazırlayaraq süni zəkanı aldatmağa çalışırlar, lakin bu üsul nəticə vermir.
Peşəkar xəbər kanalları koronavirus ilə bağlı yayımlarda reklam olmağa davam edəcək çünki bu kanallar reklamları özləri verir.
Qeyd edək ki, “Youtube” 2019-cu ildə 15 milyard dollarlıq reklam gəliri əldə edib.