“YouTube” TV-də daha çox reklam göstərəcək.
"YouTube" reklam blokerlərini bloklayır - FOTO
FED.az xəbər verir ki, ‘YouTube” ən çox izlənən videolara 30 saniyəlik reklamlar əlavə edəcək. Bu videolar “YouTube Select”-də təsnif ediləcək. Ardıcıl iki 15 saniyəlik reklam görmək əvəzinə izləyicilər indi keçə bilməyəcəkləri 30 saniyəlik reklam görəcəklər.
“YouTube” TV proqramında reklamları dayandırmaq imkanı da var. Bu reklamlar izləyicilərin videonu dayandırması halında görünəcək. Baxılan video kiçiləcək və onun yanında reklam görünəcək.
Nielsen məlumatlarına görə, “YouTube” hazırda televiziyada ən çox istifadə olunan axın xidmətidir. Təkcə Amerikada 150 milyondan çox insan TV-də “YouTube” videolarına baxır. Yeni proqram hazırda ABŞ ilə məhdudlaşır. (Trend)