“YouTube” video xidməti ABŞ-ın hazırkı Prezidenti Donald Trampın hesabını azı bir həftəlik müddətə dondurub.
Eləcə də bax: Trampın “Twitter” hesabı - Birdəfəlik Bloklandı
FED.az xəbər verir ki, bu barədə CNN videohostinqin təmsilçisinə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, bu yaxınlarda Trampın kanalında yerləşdirilən video şiddət tətbiqinə təhrik edib və bu səbəbdən də silinib. “YouTube” nümayəndəsi əlavə edib ki, hesabın açılması məsələsinə bir həftədən sonra yenidən baxılacaq.
Qeyd edək ki, bundan əvvəl “Twitter” və “Facebook” də Trampı şiddətə təhrik etməkdə günahlandıraraq onun hesablarının müddətsiz dondurulduğunu açıqlamışdı. Onların ardınca az tanınan sosial şəbəkələr də eyni addımı atıb.
Xatırladaq ki, yanvarın 6-da Tramp tərəfdarları Konqresin binasına hücum edərək parlamenti son seçkinin nəticələrinin təsdiqlənməli olduğu iclasa ara verməyə məcbur edib. Kapitoli iğtişaşları nəticəsində beş nəfər ölüb. (Report)