“Google” şirkəti “YouTube”da reklamları bağlamaq üçün yeni bir funksiya - abunə seçimi təqdim etmək niyyətindədir.
“Teleqram”da - Yeni Funksiya
FED.az xəbər verir ki, bu barədə “The Verge” məlumat yayıb.
“Premium Lite” adlandırılan yeni xidmət “YouTube”un veb versiyasında, iOS, Android tətbiqlərində, ağıllı televizorlarda və oyun konsollarında aktiv olacaq. Bu xidmət əsnasında görüntüləri reklamsız izləmək olacaq.
Qeyd edək ki, indiyə qədər “Premium Lite”in bu xüsusiyyəti yalnız bir neçə Avropa ölkəsində test rejimində mövcud idi. Bunun üçün ayda 7 avro ödəmək təklif edilir (tam abunəlik 12 avrodur).(APA)