“YouTube Premium” qiymətləri artıb.
“WhatsApp”da çoxdan gözlənilən - YENİLİK
FED.az xəbər verir ki, bu yaxınlarda “Youtube” ABŞ-dakı istifadəçiləri üçün “Premium” xidmətinin qiymətini artırıb. Bu günə qədər 11,99 ABŞ dolları olan fərdi “YouTube” abunəsinin qiyməti artımla 13,99 dollara yüksəlib. Tələbələr üçün təklif olunan paket 6,99 dollardan 7,99 dollara yüksəlib. Qiymət yeniləməsindən təsirlənməyən yeganə paket Ailə abunəliyi olub.
Qeyd edək ki, “Youtube” bu qiymət artımını hələ açıqlamayıb. Bununla belə, yeni abunəçilər üçün artan qiymətlər artıq dərc olunmağa başlayıb. “Youtube Premium” ilə yanaşı “Music Premium”un qiyməti də 9,99 dollardan 10,99 dollara yüksəlib.