Dünyadakı «YouTube» kanallarının 1%-dən də az hissəsi kontentdən pul qazanmaq üçün kifayət qədər abunəçi və baxış sayına malikdirlər.
Eləcə də bax: «YouTube»u alış-veriş saytına - ÇEVİRƏCƏKLƏR
FED.az xəbər verir ki, araşdırmalara görə, YouTube-da pul qazanmaq getdikcə çətinləşir, ona görə də bloggerlər əlavə qazanc imknaları axtarmalı olurlar.
Amsterdam, Barselona və Kvinslend universitetlərinin mütəxəssisləri YouTube-dakı 36,6 milyon kanalı analiz edib və müəyyən ediblər ki, bunlardan cəmi 4,4 milyonu videolardan pul qazanmaq üçün kifayət edəcək abunəçi kütləsinə malikdirlər.
Araşdırma göstərib ki, YouTube kanallarının cəmi 0,42%-nin abunəçi sayı 100 mindən artıqdır. YouTube-da yerləşdirilən hər 10 videodan 1-i bu kanalların payına düşür. Buna baxmayaraq YouTube-dakı bütün baxışların 62%-i bu kanalların payına düşür.
Abunəçilərinin sayı milyon nəfəri keçən kanallara gəlincə, YouTube-dakı video baxışların 3-də biri bu kanalların hesabınadır. Amma belə kanallar ümumi istifadəçilərin cəmi 0,04%-i qədərdir.
Araşdırmalar göstərir ki, hər kanal orta hesabla 2000 gün «yaşayır». Eləcə də analiz göstərir ki, son illər video hazırlayanlara tələblər də dəyişib. Belə ki, 2000-ci illərin sonunda YouTube-dakı videoların orta müddəti 5 dəqiqə idi, 2015-ci ildə bu müddət 10 dəqiqəyə, hazırda isə 13 dəqiqəyə çatıb. Videoların müddətinin uzadılması platformanın getdikcə daha da peşəkarlaşmasından xəbər verri. Hazırda bloqqerlərin əksəriyyəti, kino və telestudiyalar kimi, keyfiyyətli və peşəkar video hazırlamağa çalışırlar.
Bütün dünyada milyonlarla insanlar üçün YouTube pul gətirməli olan iş yeri sayılır. Amma araşdırma göstərir ki, YouTube-da populyar olmaq və pul qazanmaq çox çətindir və bunun üçün digər servislərdən istifadə etmək lazım gəlir.
Belə ki, son vaxtlar «Patreon» platforması məşhurlaşıb. Bu sistem abunəçilərə imkan verir ki, kanal sahibinə sponsorluq etsinlər. Elə bu səbəbdəndr ki, bu sistemdə yarım milyondan artıq video yutuberlər tərəfindən yaradılıb.
«YouTube-dakı monetizasiya (qazanma) imkanları dolanmaq üçün pul qazanmaq üçün əlverişli deyil», - deyir araşdırmanın müəlliflərindən biri Oskar Koromina.
«B&C Agency»nin nümayəndəsi Mark Şerman da deyir ki, YouTube-blogerlərinin əsas gəliri video baxış sayına görə deyil, buradakı reklam inteqrasiyası ilə bağlıdır.
«Videoya 1000 baxış 1 dollar gətirir, yəni 100 dollar qazanmaq üçün milyona yaxın baxış olmalıdır»-deyə Şerman bildirir.
«Imars»ın nümaynədəsi İvan Kovarski isə bildirir ki, YouTube-da pul qazanmağın çətinləşməsi təbiidir: «Hər dəqiqə «YouTube»a yüzlərlə saat video yüklənir, tamaşaçılar sadəcə fiziki cəhətdən buna çatdırıb baxa bilməzlər. Ona görə də onlar baxacaqları videonu diqqətlə seçirlər. Hətta bir vaxtlar məşhur olan bloggerlər də baxışları və pullarını itirə bilərlər».
Araşdırma müəllifləri bildirirki, YouTube-da irəli getmək üçün ən yaxşı variant - musiqili və oyun rolikləri hazırlamaqdır. Musiqili kontent hazırlayan bloggerlərin videolarına baxış sayı orta hesabla 2 milyondur. Ekspertlər hesab edirki, bu göstərici YouTube-da musiqi kliplərinə aktiv baxıldığını göstərir.
Almaniyanın Ofenburq universitetinin professoru Matias Bertl bildirir ki, 2018-ci ildən sonra məşhur YouTube bloqeri olmaq şansı cəmi 3%-dir. YouTube-dan pul qazanmaq niyyətində olan qalan 97%-i isə kasıblıqda qala bilərlər.
Mark Şerman bildirir ki, «YouTube» kimi platformalarda bloqqerlər arasında «dəhşətli qərabət» var.
«Hər gün dünyada yeni bloq ulduzları ortaya çıxır. Onu görə də sıfırdan akkount yaradıb onun vasitəsilə böyük pullar qazanmaq ehtimalı o qədər də böyük deyil. Belə ehtimal var, əlbəttə, amma bu məşhur futbolçu və ya müğənni-aktyor olmaq qədər çətindir. Bunun üçün istedad və zəşmət tələb olunur, amma hətta bu halda da məşhurluq qarantiyası yoxdur».
Qeyd edək ki, ötən il «Forbes» ən yüksək gəlirli YouTube- bloqqerlərni açıqlayıb. Birinci yerdə 8 yaşlı Rayan Kacidir – onun illik gəliri 26 milyon dollardır. Balaca Rayan YouTube-a 3 il əvvəl gəlib və ilk dövrlərdə ona alınan hədiyyələri açmaqla məşğul idi. Hazırda o az qala elmi eksperimentlər keçirir. Bundan başqa, Rayanin əlavə qazanc mənbələri də var. Bunlar oyuncaq və geyim xətti, eləcə də «Nickelodeon»dakı şoudur.
İkinci yeri «Dude Perfect»dəki gənc bloggerlər tutub – ildə 20 milyon dollar. Kobi Kotton, Kori Kotton, Qarret Xilbert, Kodi Djons və Tayler Toni müxtəlif tryuklar edir və Ginnessin rekordlarnı təzələmək istəyirlər.
3-cü yeri isə 5 yaşlı Anastasiya Radzinski tutur. Onun illik gəliri 18 milyon dollardır. Tamaşaçılar onun kanalında atası ilə oyunlara baxırlar. Anastasiya həm də «Legoland» və «Dannon» kimi şirkətlərlə də əməkdaşdlıq edir.