Bütün dünyada, ABŞ, Avstraliya, Yaponiya və Avroopa ölkələri daxilk olmaqla Youtube saytının işində texniki nasazlıq yaranıb.
FED.az xəbər verir ki, nasazlıq səhər sdaat 5 radələrində baş verib. Məlumata görə, şikayətlərin 44% video baxışı ilə bağlıdır, 38% sayta daxil olmaqda çətinlik çəkir, 17% parolu daxil edə bilmir.
Youtube saytının rəsmi Twitter hesabında hazırda problem üzərində işin getdiyi bildirilir və istifadəçilərdən üzr istənilir.