Samsung şirkəti tamamilə çərçivəsiz və ön kameranın ekrana inteqrasiya olunduğu Galaxy A8s modeli üzərində çalışır.
FED.az-ın məlumatına görə, şirkət internetə sözügedən smartfon modelinin real fotoları sızdırılıb.
ELƏCƏ DƏ BAX: MMS və SMS barədə – BƏDBİN PROQNOZ
Sızdırılmış fotolarda smartfonun yalnız ön paneli əks olunub. Fotolara əsasən demək olar ki, Galaxy A8s modeli şirkətin yeni Infinity-O ekranı ilə təchiz olunacaq. "Galaxy A8s" nazik çərçivələrə sahib genişformatlı ekranla təchiz olunacaq. Smartfonun ön kamerası birbaşa ekrana inteqrasiya olunacaq və ekranın yuxarı hissəsində mərkəzdə yerləşəcək. Smartfonun texniki göstəriciləri barəsində hələki heç bir məlumat yoxdur.
Qeyd edək ki, smartfon Snapdragon 710 prosessoru və 3300 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. "Galaxy A8s"in təqdimatının gələn ilin Yanvar ayında baş tutacağı güman edilir.
Yeni telefon modelinin – FOTOLARI YAYILIB
20:23
19 Noy 2018