“Bakcell” şirkəti özünün yeni “DaimOnline” tarif paketlərini abunəçilərinə tanıtmaq məqsədilə universitet tələbələri üçün maraqlı aksiya təşkil edib.
FED.az-ın məlumatına görə, 28-30 noyabr tarixlərində keçirilmiş aksiya çərçivəsində Bakcell Azərbaycan Tibb Universitetində xüsusi “DaimOnline” stendi quraraq universitet tələbələrinə “Green Box”, “İnsta Print” və digər maraqlı oyunlar və əyləncələrdə iştirak edib müxtəlif hədiyyələrə sahib olmaq imkanı verib.
ELƏCƏ DƏ BAX: Azərbaycanlılar ən çox hansı smartfondan istifadə edir?
Stenddə təşkil edilmiş maraqlı aksiyada iştirak etmiş yüzlərlə tələbə həmçinin yeni “DaimOnline” tarif paketləri barədə ətraflı məlumat əldə ediblər.
Qeyd edək ki, bu kimi aksiyaların ölkəmizin digər universitetlərinin tələbələri üçün də təşkili planlaşdırılır.
Gənclərin daha çox sosial şəbəkələr və mesajlaşma tətbiqetmələrindən istifadə etməyə üstünlük verdiyini nəzərə alaraq, Bakcell şirkəti bir müddət əvvəl yeni “DaimOnline” paketlərini təqdim edib. Üç variantda və müvafiq olaraq 6, 10 və 20 manat aylıq abunə haqqı ilə təklif olunan yeni tarif paketləri sayəsində istifadəçilər limitsiz “WhatsApp”, “Facebook” və “Instagram” istifadəsi ilə yanaşı qiqabaytlarla internet və bol-bol şəbəkədaxili dəqiqələrdən yararlana bilirlər. Limitsiz “WhatsApp”, “Facebook” və “Instagram” imkanı təqdim edən yeni “DaimOnline” tarif paketlərini istifadəyə verməklə, Bakcell gənc abunəçiləri limitsiz ünsiyyət üçün tam sərbəstliklə təmin edib. Bu yeni tariflər sayəsində gənclər daim onlayn olmaq imkanı əldə ediblər.
Yeni tarif paketi tələbələrə tanıtıldı – AKSİYA
19:05
30 Noy 2018