Martın 7-si “Microsoft” yeni HD-videozəng və danışıq yazması ilə “Skype” veb-versiyasını istifadəyə verib.
İnsider.az xəbər verir ki, istifadəçilər “Skype”-ı yenilədikləri andan etibarən proqramın “Safari”, “Firefox” və “Opera” brauzerlərində çalışmadığına fikir veriblər.
“Microsoft” dəstəklənən brauzer sayını “Edge”-ə kimi azaltdığını və bu siyahıya yalnız “Chrome”-un kodu əsasında yığılmış təqtbiqləri (məsələn, “Vivaldi”, “Yandex.Browser”) əlavə etdiyini “VentureBeat” resursuna təsdiqləyib.
Şirkət tərəfindən bildirilib ki, servis real zamanda verilənlərin ötürülməsi texnologiyasından istifadə edir və bu da fərqli brauzerlərdə müxtəlif şəkildə istifadə oluna bilər. Sırf bu səbəbdən şirkətdə istifadəçilər üçün daha vacib servislər üzərində diqqəti toplamaq qərarına gəliblər.
mənbə : insider.az