“Realme” şirkəti iki yeni smartfonunu – “9 Pro” və “9 Pro Plus” – təqdim edib. Qeyd edək ki, “9 Pro” modeli “Snapdragon 695” prosessoru, 6 və ya 8 GB operativ yaddaş, 128 GB daxili yaddaş, 6.6 düymlük Full HD+ ekran və 5000 mAh tutumlu batareya ilə təchiz olunub.
Eləcə də bax: “Xiaomi” və “Mercedes-AMG” birgə - SMARTFON BURAXACAQ
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, “Realme 9 Pro” smartfonunu isə “MediaTek Dimensity 920 5G” prosessoru, 6 GB və ya 8 GB operativ yaddaş, 128 GB və ya 256 GB daxili yaddaş, 6.4 düymlük Super AMOLED Full HD+ ekran və 4500 mAh tutumlu batareya alıb.
Qeyd edək ki, flaqman modelin özəlliyi korpusun rənginin dəyişməsidir – smartfonun versiyalarının birində ultrabənövşəyi işığın təsiri altında rəngini mavidən çəhrayıya dəyişən fotoxrom şüşə var.