“Apple” şirkəti yaxın zamanlarda üç yeni “iPhone” smartfonu təqdim edəcək.
FED.az xəbər verir ki, yeni modellər dizayn baxımından “iPhone X” seriyasına bənzəyəcək.
Flaqman modeli 6,5 düymlük “OLED” displeylə təchiz ediləcək. Bu, “Apple”ın mövcud modellərindən və ümumi olaraq mobil telefon bazarında ən böyük smartfonlardan biri olacaq. O də “iPhone X” kimi ikili kameraya malik olacaq.
İkinci modelin displeyi 5,8 düymdür. Onun əsas üstünlüyü şəkilləri yüksək keyfiyyətlə çəkməsi olacaq.
“iPhone 8”i əvəz etmək üçün hazırlanan üçüncü modelin qiyməti ucuz olacaq. Bu model ucuz LCD texnologiyasına aid 6,1 düymlük ekran ilə təchiz ediləcək. O, 2013-cü ildə istehsal edilən “iPhone 5c”ə bənzəyəcək.
Bildirilib ki, 6,5 və 5,8 düym ekranlı smartfonlar iki simkartlı olacaq.
Eləcə də bax: «Samsung»yeni smartfonu – «GALAXY NOTE 9», GÖSTƏRİCİLƏR
Eləcə də bax: Xaricdən gətirilən telefonlar üçün rüsumlar açıqlandı-SİYAHI, QİYMƏTLƏR