Yeni iPhonlara tələb 3 qat artıb.
FED.az xəbər verir ki, 20 sentyabrdan etibarən Rusiyada yeni iPhonelərin - iPhone 11, iPhone 11 Pro və iPhone 11 Pro Maxın satışlarına başlanılıb.
Eləcə də bax: KƏŞFİYYATÇI: Nazirlərin “WhatsApp” və “Telegram”dan istifadə etmələri “böyük səhvdir”
Rusiya mediasının yaydığı məlumata görə, yeni İphonelər ötən il çıxan yeni modellərdən 2-3 dəfə daha çox satılır.
Rusiyada iPhone 11-940 dollardan, iPhone 11 Pro-1409 dollardan, iPhone 11 Pro Max isə 1566 dollardan başlayır.
Smartfonun texniki göstəricilərinin artması, yeni kamerası, batareyasının yaxşılaşması və həmçinin marketinq təklif etmələrinin də yaxşılaşması satışa öz müsbət təsiri göstərib.
Rusiyada ilk alıcılar daha çox 256 GB və 516 GB– lıq iPhone 11 Pro və iPhone 11 Pro Max-ı seçiblər. Bu smartfonların Rusiyada ən çox bəyənilən rəngi isə tünd yaşıl və “boz kosmos” , ən az isə ağ rəngləri sifariş olunub.
iPhone 11 modelləri arasında isə daha çox qara, yaşıl və bənövşəyi rənglər sifariş olunub. Ən az sifariş olunan rəngi isə sarı olub.