Sentyabrın 17-də “Apple” şirkəti “iOS 12” əməliyyat sistemini təqdim edəcək.
FED.az-ın "Qafqazinfo"ya istinadən xəbərinə görə, yeni sistem “iOS 11” sistemini dəstəkləyən bütün qurğularda işləyəcək.
Tərtibatçılar dəstəklənən qurğuların tam siyahısını açıqlayıblar:
- iPhone X;
- iPhone 8 və 8 Plus;
- iPhone 7 və 7 Plus;
- iPhone 6S və 6S Plus;
- iPhone SE;
- iPhone 6 və 6 Plus;
- iPhone 5S;
- iPad Pro (9.7 düym, 10.5 düym, 12.9 düym);
- iPad (2018);
- iPad (beşinci nəsil);
- iPad Air və iPad Air 2;
- iPad mini 2, 3, və 4;
- iPod Touch (altıncı nəsil).
“iOS 12” əvvəlki sistemdən daha sürətli işləyəcək. Məsələn, mətnin yığılması vaxtı reaksiya daha yaxşılaşacaq. Kilid ekranında göstəriləcək bildirişlər sıralanacaq.
Ən genişmiqyaslı yeniliklər “Memoji” və “FaceTime” qrup zəngləri olacaq.
Yeni “iOS 12” bu telefonlarda işləyəcək - SİYAHI

21:47
14 Sen 2018