İKT

Yeni ildən yeni skorinq xidməti - İSTİFADƏYƏ VERİLƏCƏK

Yeni ildən yeni skorinq xidməti - İSTİFADƏYƏ VERİLƏCƏK | FED.az
11:31 4 Okt 2019

Hazırda Kredit Bürosu yeni skoring xidməti üzərində iş aparır. Kredit Bürosu bu istiqamətdə Türkiyədən ekspertlər cəlb edib.

FED.az xəbər verir ki, bunu Bakıda "Mikromaliyyə Yol Kəsişməsində : Rəqəmsal Erada Dayanıqlı İnkişaf " mövzusuna həsr edilmiş 6-cı İnvestorlar Yarmarkası çərçivəsində keçirilən "Rəqəmsal Erada Risklərin İdarə Olunması Perspektivləri " mövzusunda plenar sessiyada Azərbaycan Kredit Bürosunun Baş direktoru Elçin Həbibov bildirib.

Onun sözlərinə görə, Azərbaycan Kredit Bürosunda bütün xidmətlər tam rəqəmsalaşıb:" Kredit Bürosu fəaliyyətindən bir il yarım müddət keçib. Hazırda Kredit Bürosu yeni skoring xidməti üzərində iş aparır. Həmin skoring xidməti 2020-ci ilin aprelində istifadəyə verilməsi planlaşdırılır.

Kredit Bürosu bu istiqamətdə Türkiyəni cəlb edib. Belə ki, 4 ay ərzində skoring xidməti üzrə modernləşdirmə, 3 ay ərzində tədbiqi məsələləri yer alacaq". "1,9 milyon scoring sorğuları həyata keçirilib. 2019-cu ilin 8 ayında scoring sorğularının sayı 61,5 faiz artıb", deyə o əlavə edib.

E.Həbibov vurğulayıb ki, ilin sonuna qədər Toplu Sorğu Xidməti də istifadəyə verəcək:"Bu xidmət kredit təşkilatlarından 5-10 min sorğunu Kredit Bürosuna ünvanlanmasına şərait yaradacaq".

Digər xəbərlər