Azərbaycanda yeni startapların sayının 2026-cı ildə 30, 2027-ci ildə 80, 2028-ci ildə 155, 2029-cu ildə 250-ə çatdırılması hədəflənib.
FED.az xəbər verir ki, bu məsələ "Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiyası"nda öz əksini tapıb.
Eyni zamanda, rəqəmsal bazarlara çıxış əldə etmiş KOB-ların payı 2026-cı ildə 20, 2027-ci ildə 50, 2028-ci ildə 100, 2029-cu ildə isə 200-ə çatdırılacaq.
Rəqəmsal transformasiya proqramlarında iştirak edən müəssisələrin sayı 2026-cı ildə 50, 2027-ci ildə 100, 2028-ci ildə 180, 2029-cu ildə 300 olacaq.










