İnformasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 2025-ci ilin yanvar ayında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri 273.5 milyon manat təşkil edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi statistik göstəricilərə istinadən xəbər verir.
Məlumata görə bu real ifadədə 5.8% faiz artım deməkdir.
Bu xidmətlərin 73 faizi əhali tərəfindən istehlak olunub.
Xidmətlərdən əldə edilən gəlirin 37.7 faizi və ya 103.2 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.