1998-ci ildə “Yahoo” tərəfindən istifadəyə verilən, MSN, ICQ kimi rəqibləri olan, 2000-ci illərdə internet istifadəçilərinin imtina etmədiyi “Yahoo Messenger” üçün yolun sonu gəlib çatıb.
FED.az DigitalAge-ə istinadən xəbər verir ki, başlanğıcda “Yahoo Pager” kimi tanıdığımız proqram, bir il sonra “Yahoo Messenger” adını alıb.
2009-cu ildə 120 milyondan çox istifadəçisi ilə ən yaxşı dövrlərini yaşayan söhbət tətbiqi, sosial medianın populyarlaşmasından sonra məşhurluğunu itirib.
“Yahoo Messenger”in yuxarıda da qeyd etdiyimiz kimi rəqibi olan MSN isə hələ 2014-cü ildə fəaliyyətini dayandırmışdı. “Microsoft” istifadəçilərini isə “Skype” platforması altında yenidən toplaya bilmişdi.
“Yahoo Messenger” tətbiqi ilə mesajlaşma dövrü başa çatdığından, istifadəçilərə söhbət keçmişlərini yükləmələrinə icazə verilib. Artıq “Yahoo Messenger”i istifadə etməyə çalışanlar şirkətin yeni mesajlaşma tətbiqi olan “Squirrel”ə yönləndiriləcək.