«WhatsApp» və «Facebook» sosial şəbəkələrinin sahibi Mark Zukerberq etiraf edib ki, xüsusi xidmət orqanları onlara lazım olanda «WhatsApp» yazışmalarını oxuya bilirlər.
FED.az xəbər verir ki. Zukerberq bu barədə jurnalist Co Roqanla olan podkastdakı çıxışında bildirib. O etiraf edib ki, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi «WhatsApp» və «Signal» messencerləri istifadəçilərinin yazışmalarını əldə edə bilirlər.
Hərçənd, şirkət rəhbərinin sözlərinə görə, bu yalnız o halda məmkündür ki, cihaz xüsusi proqram təminatı, məsələn «Pegasus» proqramı vasitəsilə «sındırılsın». Zukerberq etiraf edib ki, həmin proqramdan istifadə olunursa, «WhatsApp» yazışmalarını gizlətmək üçün istifadə olunan şifrələmə yazışmanı gizlədi bilmir.
Milyarder onu da deyib ki, «Meta» özü bu yazışmaları görmür.
«Meta» rəhbəri bildirib ki, «Facebook»da senzura bir neçə il əvvəl Demokratik Partiyanın təzyiqi altında tətbiq edilib. Həmin vaxt partiya bildirirdi ki, Donald Tramp 2016-cı il seçkilərində sosial şəbəkələrdəki feyk xəbərlər hesabına qalib gəlib.
İndi isə Zukerberq bildirir ki, onun şirkəti indi bu məsələyə yanaşmasın dəyişir və senzura səviyyəsini aşağı salmağı planlaşdırır. «Facebook»un sahibi bildirib ki, məqsəd söz azadlığını bərpa etməkdir,
Bununla yanaşı, «Meta» sahibini narahat edən əsas məsələ, söz azadlığından daha çox «Facebook»a marağın sürətlə azalmasıdır. Son dövrlər xüsusilə «tik-Tok»un populyarlaşması, FB-a marağı azaldıb. Senzuranın yumşaldılması da böyük ehtimalla bununla bağlıdır.