Azərbaycanda kibertəhlükəsizlik sahəsində mütəxəssislərə çox böyük ehtiyac var.
Azərbaycanın nazirliklərinə qarşı kibercinayətlə bağlı detallar
FED.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev deyib.
"Xidmət olaraq bizim dövlət orqanlarında kibertəhlükəsizliklə bağlı müəyyən tələblərimiz var. Amma bu tələblərin yerinə yetirilməsi üçün həmin qurumlarda kadr çatışmazlığı yaşanır. O kadr çatışmazlığını aradan qaldırmaq üçün bütün dövlət orqanları səy göstəriməlidir ki, bu sahəni ölkədə qaldıraq", - deyə İ.Musayev əlavə edib. (Apa)