“Xiaomi” şirkəti yeni Redmi Note 11 smartfon ailəsini təqdim edib – 11 SE, 11T Pro və 11T Pro+. İstehsalçı vurğulayır ki, bütün modellər 5G texnologiyasını dəstəkləyir. Cihazların satışının mayın sonu başlayacağı bildirilir.
Eləcə də bax: “Xiaomi” yeni “Redmi Note 11” smartfonlarını - TƏQDİM ETDİ - FOTO
FED.az Banker.az-a istinadən xəbər verir ki, hər üç yenilik MediaTek çipini alıb. Versiyadan asılı olaraq, smartfonlar 6 və ya 8 GB operativ; 128, 256 və ya 512 GB daxili yaddaş alıb.
Smartfonların kameraları da fərqlənir – 11 SE modeli 48 MP, 11T Pro və 11T Pro+ isə 64 MP kamera ilə təchiz olunub. Modellərin qiyməti 270-360 dollar arasında dəyişir.