"Xiaomi" şirkəti Android Go əməliyyat sistemi ilə işləyən (Ansroid 12) yeni “Redmi A1” smartfonunu çıxarıb.
Eləcə də bax: ABŞ “Xiaomi” şirkətinə qarşı sanksiyalarını - Ləğv Edir
FED.az biznes və maliyyə xəbərləri portalı xarici mətbuata istinadla xəbər verir ki, yeni "ağıllı" telefon sentyabrın 9-da satışa çıxarılacaq.
Qiyməti 80 ABŞ dolları olan yeni smartfonların parametrləri daha funksionaldır. Belə ki, yeni model 60 Hz yeniləmə tezliyi olan 6,52 düyümlük HD + ekranla (1600 × 720 piksel) hazırlanıb. İki arxa kamerası 8 və 2 milyon pikselli sensorları birləşdirir. MediaTek Helio A22 prosessoru, 4G/LTE modemi, 2 Gb operativ və 32 Gb daxili yaddaşla təchiz edilib. Smartfonun batareyasının tutumu 5000 mAh-dır.
Qeyd edək ki, ilkin mərhələdə yeni smartfonlar qara, mavi və yaşıl rəngli olacaq.