Çinin texnoloji nəhəngi olan «Xiaomi» yeni «Giant Power Saving Pro 1.5HP» kondisionerinin istehsalına başlayıb.
FED.az xarici mətbuata istinadən xəbər verir ki, yeni kondisionerin əvvəlkilərdən fərqi olduqca sürətli soyutma və isitmə funksiyasına malik olmasıdır.
Belə ki, kondisioner 30 saniyəyə soyutma, 60 saniyəyə isə isitmə imkanına malikdir. Qurğu mənfi 32 dərəcə şaxtadan tutmuş, müsbət 60 dərəcə istiyədək işləyə bilir. «Giant Power Saving Pro 1.5HP» kondisioneri 20 m² sahəsi olan otaqlar üçün nəzərdə tutulub. Bu model əvvəlkilərdən daha yüksək enerji effektliyinə malikdir.
Sistemdə dövr edən havanın həcmi saatda 680 kubmetrdir. Maraqlı funksiyalardan biri odur ki, bu kondisioneri «Xiao AI» köməkçisi ilə idarə etmək olar.
Çin bazarında kondisionerin qiyməti 2500 yuan, yəni 375 dollardır.