Çinin Xiaomi şirkəti dekabrın 28-də özünün flaqman smartfonunu – «Mi 11»i rəsmi olaraq təqdim edib.
FED.az xəbər verir ki, bu telefon yeni Qualcomm Snapdragon 888 prosessoru ilə işləyən ilk smartfondur.
Smartfon 6,81-düymlük «Super AMOLED» displeyə malikdir. Displey QHD+ keyfiyyətdədir. «Mi 11»nin sensor hissəsi 480 GS tezliklə işləyə bilir ki, bu da bazarda yeganə smartfondur.
«Snapdragon 888» prosessorunda 5G-modem də quraşdırılıb. Bu modem 7,5 Gbit/s qəbul və 3 Gbit/s yükləmə sürətinə malikdir.
Smartfonun operativ yaddaşı 8-12 GB arasında, ümumi yaddaş isə 128-256 GB arasında dəyişəcək.
«Mi 11»in əsas kamerası 3 hissədən ibarətdir: 108-Mp-lik əsas modul, 13-Mp-lik genişbucaqlı model və 5-Mp-lik sensor modulu. Üzbəüz kamera isə 20 Mp-dir.
Telefon yaşıl-mavi, göy, bənövşəyi və qəhvəyi rənglərdə satılacaq. Sonuncu iki variantda korpusda dəri də olacaq. Arxasının rəngi dəyişən modellər də olacaq.
Smartfonun baza versiyasının – yəni 8 GB operativ və 128GB daxili yaddaşı olan variantın qiyməti 610 dollar olacaq. 8GB /256GB və 12GB/256GB variantların qiyməti isə 660/720 dollar olacaq.