Banner

İKT

"Xiaomi Mi 10" və "Xiaomi Mi 10 Pro" təqdim edildi – QİYMƏTİ VƏ XÜSUSİYYƏTLƏRİ

"Xiaomi Mi 10" və "Xiaomi Mi 10 Pro" təqdim edildi – QİYMƏTİ VƏ XÜSUSİYYƏTLƏRİ | FED.az
15:02 13 Fev 2020

Xaiomi tərəfindən yeni flaqmanlar olan Mi 10 və Mi 10 Pro-nun onlayn təqdimatı edilib.

FED.az məlumat verir ki, birbaşa olaraq Samsung Galaxy S20-ə alternativ olaraq gələn telefonların birində 64 Mp, digərində isə 108 Mp kamera var. Üstəlik hər ikisi 5G xüsusiyyəti ilə satışa çıxarılacaq.

Eləcə də bax: Azərbaycanda Çin istehsalı olan - SMARTFONLAR BAHALAŞIB

Xiaomi koronavirusunun yayılması səbəbi ilə Mi 10 və Mi 10 Pro qacetini bu gün Çində satışa çıxardı. İnternetdə canlı yayımlanan tədbirdə ilin ən çox gözlənilən flaqman telefonları göstərilib. 2020 model Xiaomi telefonları kamera və 5G dəstəyi başda olmaqla birbaşa Galaxy S20 ailəsinə alternativdir.

Xiaomi Mi 10 və Mi 10 Pro 2020-ci ildən bəri dünyanın bir çox yerində standartlaşan 5G texnologiyasına sahibdir. Başqa sözlə, bu iki telefonun alıcıları yaxın illərdə 5G uyğunluğu səbəbindən telefonlarını dəyişdirməli olmayacaqlar. Bəs Xiaomi Mi 10 və Mi 10 Pro bizə nələr təklif edir? 

FED.az TED.az-a istinadən Xiaomi Mi 10 və Mi 10 Pro-nun xüsusiyyəti və qiymətini təqdim edir.

 

 

 

Hər iki telefonda ümumi mənada bir-birlərinin qardaş olduqlarını bildirən cizgilər var. Dizayn baxımından ümumi qiymətləndirmə etmək daha doğru olar, çünki cihazlarda heç bir real fərq yoxdur. Əkiz qardaşlar Xiaomi Mi 10 və Mi 10 Pro-nun ən diqqətəlayiq görüntüsü artıq “notch” displey dizaynına sahib olmalarıdır.

Ötən il satışa çıxarılan Samsung Galaxy S10 seriyasında olduğu kimi ekran sahəsinə daxil olan ön kamera da dərhal yuxarı sol küncdə yerləşir. Dəlikli ekran standartını qəbul edən Xiaomi telefonla zəng etdiyimiz qulaqlıq üçün xüsusi bir dizayn hazırlayıb və onu ekranın üstündən nazik bir xətt kimi yerləşdirməyi düşünüblər.

Xiaomi Mi 10-nun xüsusiyyətləri:

 

Ekran: 6.67 düym, 2340 x 1080 piksel və 90 Hz Super AMOLED, 19.5: 9 nisbət, 403 PPI sıxlıq, Gorilla Glass 6, HDR10 + dəstəyi

Prosessor: Qualcomm Snapdragon 865 (2,84 GHz-ə qədər 8 nüvə), Adreno 650 GPU

RAM: 8GB, 12GB LPDDR5

Yaddaş: 128 GB, 256 GB, 512 GB (UFS 3.0)

Arxa kamera: 108 Mp f/1.33 enli bucaq, 13 Mp f / 2.4 telefon, 2 Mp f / 2.4 ultra geniş bucaq, 2 Mp f/2.4 dərinlikdə sensor, HDR, ikiqat rəngli fləş, OIS və EIS

Video: 8K ilə 30 FPS, 2K-da 60 FPS, 1080p 30-120-240-960 FPS

Ön kamera: 20 MP geniş bucaqlı, 1080p 30 FPS video qeyd

Batareya: 4.780 mAs., 30 W simli, 30 W simsiz, 10 W paylaşılan şarj

Bağlantı: Wi-Fi 6, Bluetooth 5.0, USB Type-C

Əməliyyat sistemi: Android 10.0 + MIUI 12

Ölçülər: 162.6x74.8x8.96 mm

Çəki: 208 qram

Xiaomi Mi 10 Pro-nun xüsusiyyətləri:

 

Ekran: 6.67 düym, 2340 x 1080 piksel və 90 Hz Super AMOLED, 19.5: 9 nisbət, 403 PPI sıxlıq, Gorilla Glass 6, HDR10 dəstəyi

Prosessor: Qualcomm Snapdragon 865 (2,84 GHz-ə qədər 8 nüvə), Adreno 650 GPU

RAM: 8GB, 12GB LPDDR5

Yaddaş: 128 GB, 256 GB, 512 GB (UFS 3.0)

Arxa kamera: 108 Mp f/1.33 enli bucaq, 20 Mp f/2.2 telefon, 8 Mp f/2.2 ultra geniş bucaq, 12 Mp f/2.2 dərinlik sensoru, HDR, cüt rəngli flaş, OIS və EIS

Video: 8K ilə 30 FPS, 2K-da 60 FPS, 1080p 30-120-240-960 FPS

Ön kamera: 20 Mp geniş bucaqlı, 1080p 30 FPS video qeyd

Batareya: 4500 mAs. Li-Po, 50 W kabelli, 30 W simsiz, 10 W paylaşılan şarj

 

Bağlantı: Wi-Fi 6, Bluetooth 5.0, USB Type-CƏməliyyat sistemi: Android 10.0 + MIUI 12

Ölçülər: 162.6 x 74.8 x 8.96 mm

Çəki: 208 qram

Xiaomi Mi 10-nun qiymət və buraxılış tarixi:

 

8 GB RAM və 128 GB yaddaşa malik Xiaomi Mi 10-nun başlanğıc modeli, Çində 3999 yuan olduğu açıqlandı. Bu, Xiaomi Mi 10-un ölkəmizdə 973,75 AZN-ə uyğundur. Xiaomi Mi 10-un 8 GB RAM və 256 GB yaddaşa malik versiyası 4299 yuan, 12 GB RAM və 256 GB yaddaşa sahib olan versiyanın isə 4699 yuan olduğu açıqlandı. Bu, müvafiq olaraq vergilərsiz 1046 və 1144 AZN-ə uyğundur.

Xiaomi Mi 10 Pro-nun qiyməti və buraxılış tarixi:

 

 

8 GB RAM və 256 GB yaddaşa sahib olan Xiaomi Mi 10 Pro-nun başlanğıc modeli 4999 yuan olduğu açıqlanıb. Azərbaycanda isə bu vergisiz qiyməti 1214 AZN-ə uyğun gəlir. 12 GB RAM və 256 GB yaddaşa sahib olan telefonun versiyası 5499 yuan təşkil edir, bu da manat əsasında vergi olmadan 1339 AZN-dir. 12 GB RAM və 512 GB yaddaş seçimi ilə təchiz olunan Mi 10 Pro-nun yüksək səviyyəli versiyası 5999 yuandır. Bu telefon da Azərbaycanda vergisiz olaraq 1460 AZN-ə uyğun gəlir.

Paylaş

Digər xəbərlər

Banner