Çinin smartfon istehsalçısı «Xiaomi» şirkəti yeni flaqman modellərini təqdim edib.
FED.az xəbər verir ki, 12S, 12S Pro və 12S Ultra smartfonları Almaniyanın kamera istehsalçısı «Leica» şirkəti ilə birlikdə istehsal edilib. Texniki götəricilərə və qiymətinə görə, 12S Ultra indiyədək buraxılan ən qabaqcıl və bahalı smartfondur.
Xiaomi bu modeli 1-düymlük və 50 meqapisksellik Sony IMX989 kamerası ilə təchiz edib. Xiaomi-dən bildirilib ki, smartfonunun əsas kamerasının işığa həssaslığı «iPhone 13 Pro Max»la müqayisədə 76% yüksəkdir. Bunun hesabına «12S Ultra» ilə zəif işıqlandırılmış yerlərdə də keyfiyyətli şəkillər çəkmək mümkündür.
Yeni smartfon 6,73-düymlük AMOLED displeyə malikdir, ekranın dərinliyi 3200x1440 pikseldir.
Smartfonun prosessorunun gücü 3,2 Qeqahersdir. Əməliyyat yaddaşı 8 və ya 12 QB, əsas yaddaşı isə 256 və ya 512 QB təşkil edir.
«12S Ultra»nın baza versiyasının (yaddaş 8 QB və 256 QB) qiyməti 6 min yuan, yəni 50 min rubl və ya 1000 dollar təşkil edir. Maksimal versiya isə (yaddaş 12 QB və 512 QB) 1200 dollara təqdim edilir.