Banner

İKT

“Xiaomi” Çində pərakəndə - SATIŞ MAĞAZALARINI BAĞLAYIB

“Xiaomi” Çində pərakəndə - SATIŞ MAĞAZALARINI BAĞLAYIB | FED.az
14:34 30 Yan 2020

Çində koronavirusa yoluxanların sayının 4500 nəfəri ötməsi ilə əlaqədar “Xiaomi” şirkəti epidemiya ilə mübarizədə hökumətlə əməkdaşlığa hazır olduğunu bəyan edib.

Eləcə də bax: “Samsung” koronavirus təsiri altında olan şəhərlərdəki - MÜƏSSƏLƏRİNİ BAĞLAYIR

FED.az xəbər verir ki, bu məqsədlə şirkət xüsusi alış-veriş rejiminə keçərək bir sıra elektronika mağazalarını bağlayıb.

Yanvarın 28-dən etibarən şirkət Çində pərakəndə satış nöqtələrində satışları dayandırıb. Mağazaların fevralın 3-də fəaliyyətini bərpa edəcəyi gözlənilir. Karantinin müddəti uzadılacağı təqdirdə şirkətin müştərilərinə əlavə məlumat veriləcək

Şirkətin məlumatında mağazaların fəaliyyətinin dayandırılması müddəti ilə yanaşı, elektronika və digər malların alış-verişini istehsalçının rəsmi saytı və ya “Xiaomi Mall” mobil əlavəsi vasitəsilə etmək təklif olunur. Çatdırılma adi rejimdə həyata keçiriləcək. Alıcıların texniki xidmətə ehtiyacı olacağı təqdirdə onlara xüsusi nömrəyə zəng etmək təklif olunacaq.

İctnews

Digər xəbərlər

Banner