“Strategy Analytics” şirkəti bu ilin ikinci rübündə Avropada smartfon bazarındakı vəziyyətlə bağlı məlumatlar təqdim edib.
Eləcə də bax: "Xiaomi" dünya smartfon bazarında - İkinci Yerə Yüksəlib
FED.az Banker.az-a istinadən xəbər verir ki, “Xiaomi” korporasiyası regiona rekord 12.7 milyon ədəd smartfon satıb və hazırda qitə bazarının 25.3%-inə nəzarət edir.
Xatırladaq ki, bazarın keçmiş lideri “Samsung Electronics” olub. İkinci rübdə şirkət 12 milyon smartfon satıb, buna görə Avropada onun payı 24%-ə düşüb.
Dünyanın ən çox tanınmış markalarından biri olan “Apple” 9.6 milyon smartfon tədarük edib və bazardakı payını 19.2%-dək azaldıb.
Avropada dördüncü və beşinci yerləri Çinin “OPPO” (5.6% və 2.8 milyon smartfon) və “Realme” (3.8% və 1.9 milyon smartfon) şirkətləri tutur.