“Xiaomi” artıq bahalı smartfonlar buraxmağa başlayacaq.
FED.az xəbər verir ki, bu barədə “TechNode”-a şirkətin rəhbəri Ley Tzün məlumat verib.
Deyilənə görə, “Xiaomi” rəhbərliyinin brendin ucuz elektronika ilə assosiasiyası ürəyincə deyil. Şirkətin belə nüfuzu onları qane etmir.
Lakin top-menecer smartfonların cüzi bahalaşacağını bildirib.
Xatırladaq ki, daha öncə “Xiaomi” “Redmi” üzərindən büdcəli smartfon buraxmaq üçün öz sub-icarəsindən ayrılmışdır.