Bir neçə gün bundan öncə təqdim edilmiş Mi 10 flaqman smartfon seriyasının ilk partiyası 1 dəqiqə ərzində satılmışdı.
Eləcə də bax: Azərbaycanda Çin istehsalı olan - SMARTFONLAR BAHALAŞIB
FED.az məlumat verir ki, lakin bu, şirkətin əldə etdiyi yeganə nailiyyət deyil. Belə ki, şirkətin ictimaiyyət ilə əlaqələr şöbəsinin rəhbəri olan Xu Jieyun bildirib ki, Mi 10 seriyasının əldə etdiyi daha bir rekord göstərici əvvəllər digər brendlərin məhsullarına üstünlük verən alıcıların yüksək faiz göstəricisidir.
Bu barədə Gizchina saytı xəbər verib. Top menecerin verdiyi məlumata əsasən Mi 10-u ön sifariş etmiş alıcıların 40%-i daha öncədən digər brendlərin məhsullarından istifadə edirdi. Bununla yanaşı o qeyd edib ki, yeni smartfon modelinin satış göstəriciləri şirkətin gözlədiyindən daha yüksək olub.
Technote